• Bakı C

    4.6 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

Daha bir ailənin dörd üzvü dəm qazından zəhərləndi 

HADİSƏ

17 Yanvar 2026 | 09:19

Daha bir ailənin dörd üzvü dəm qazından zəhərləndi 

Tovuz rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

Bakıvaxtı.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayon ərazisində baş verib.

Belə ki, 1955-ci il təvəllüdlü S.Həsənov, 1989-cu il təvəllüdlü E.Həsənov, 1960-cı il təvəllüdlü G.İbrahimova və A.Həsənova zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdiriliblər. Zərərçəkənlərə dərhal tibbi yardım göstərilib, onların vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, zəhərlənən şəxslərdən S.Həsənov və A.Həsənova Bakı şəhərindən Tovuza qonaq gəliblərmiş.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

16 Yanvar 2026