Bakının Binəqədi rayonu ərazisində yerləşən "MediHall Hospital"da əməliyyatdan üç gün sonra 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.
Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, əməliyyat fevralın 10-da olub:
"Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək".
***
11:09
Bakıda qadın estetik əməliyyatdan sonra ölüb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Binəqədi rayonunda yerləçən “Medi Hall” hospitalda baş verib.
Fevralın 10-da Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Nigar İsmayılova hospitalda bədən şəkilləndirmə cərrahiyyə əməliyyatı olunub və fevralın 13-də ölüb.
Araşdırma aparılır.
Bakı 




