• Bakı 29° C

    4.9 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Mingəçevirdə bayram tonqalı yanğına səbəb oldu

HADİSƏ

17 Mart 2026 | 22:09 | Müəllif: Subhan Mahmudov

Mingəçevirdə bayram tonqalı yanğına səbəb oldu

Mingəçevir şəhərində bayram tonqalının yaratdığı yanğın hadisəsi baş verib.

Bakıvaxtı.az-ın məlumata görə, yanğın hadisəsi şəhərin Heydər Əliyev prospekti ərazisində, keçmiş məcburi köçkünlərin yaşadığı şəhərciyinin yaxınlığında baş verib.

İlkin məlumata görə, tonqalın nəzarətsiz qalması nəticəsində alov ətrafa yayılıb və yanğın qısa müddətdə geniş ərazini əhatə edib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğının qarşısının alınması və tam söndürülməsi istiqamətində tədbirlər görülür./Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026