• Bakı 20° C

    4.06 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Qızlar məktəbə sırğa taxa bilər? - AÇIQLAMA

CƏMİYYƏT

14 Sentyabr 2026 | 22:20 | Müəllif: Subhan Mahmudov

Qızlar məktəbə sırğa taxa bilər? - AÇIQLAMA

Məktəblərdə bütün yaşdan olan qızlara sırğa taxmağın qadağan edilməsi ilə bağlı məsələyə aydınlıq gətirilib. 

Bakıvaxtı.az Bizim.Media-ya istinadən xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun sözlərinə görə, hazırda sözügedən məsələ ilə bağlı heç bir təlimat, tapşırıq verilməyib. 

Agentlik direktoru məsələnin araşdırılacağını, səbəblərin aydınlaşdırılacağını əlavə edib. 

Qeyd edilib ki, bəzi valideynlər Bakı məktəblərində direktorlar tərəfindən qızların sırğa taxmasına qadağa qoyulduğunu bildirirlər. Valideynlərin iddialarına görə, qadağa bütün yaşdan olan qızlar üçün tətbiq edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR