• Bakı 18° C

    3.16 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Almaniyadan 30-dan çox azərbaycanlı geri qaytarıldı

CƏMİYYƏT

14 Oktyabr 2026 | 19:01 | Müəllif: Subhan Mahmudov

Almaniyadan 30-dan çox azərbaycanlı geri qaytarıldı

13 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikası vətəndaşı olan 32 nəfər “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində Almaniya Federativ Respublikasından geri qəbul edilib.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

    Qeyd edilib ki, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR