Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması ilə əlaqədar tələbələrin təhsilinin fasiləsizliyinin təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə köçürülməsi həyata keçirilir. Bu çərçivədə 682 tələbə Odlar Yurdu Universitetinə köçürülüb.
Bu barədə Odlar Yurdu Universitetinin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Pərvanə Fərhadqızı Bakıvaxtı.az-a məlumat verib.
O qeyd edib ki, köçürülən tələbələr aşağıdakı ixtisaslar üzrə təhsillərini davam etdirəcəklər:
* İbtidai sinif müəllimliyi
* Məktəbəqədər təhsil
* Psixologiya
* Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi
* Riyaziyyat və informatika müəllimliyi
* Xarici dil müəllimliyi (ingilis dili)
* Filologiya (İngilis dili və ədəbiyyatı)
* Magistratura üzrə Pedaqogika
Xatırladaq ki, bir müddət öncə Bakı Qızlar Universiteti bağlanıb. Elm və Təhsil Nazirliyindən bildirilib ki, universitetdə təhsil alan tələbələrin təhsilinin fasiləsizliyinin təmin edilməsi üçün onlar digər ali təhsil müəssisələrinə ixtisaslarına uyğun köçürüləcək.
Günəş Mərd
















