• Bakı C

    5.18 m/s

  • USD - 1.7

    EUR - 1.9545

    RUB - 2.0926

"Hərə evindən bir “şunur” sallayır” - YANĞININ DETALLARI - VİDEO

HADİSƏ

17 Mart 2026 | 20:37

Hərə evindən bir “şunur” sallayır” - YANĞININ DETALLARI - VİDEO

Xətai rayonu, Xocalı prospekti 29-da yerləşən çoxmərtəbəli yaşayış binalarından birində yanğın baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, bina sakinləri hadisə ilə bağlı danışıblar.

Onlar bildiriblər ki, qısa müddətdə bütün mənzillərdən tüstü çıxmağa başlayıb.

“Hərə evindən bir “şunur” sallandırıb maşınını elektrik cərəyanına qoşur. Bilirsiniz ki, bu cərəyanlar onun üçün nəzərdə tutulmayıb. Bütün elektrik xətləri də gücə düşür. Bu da nəticəsidir”, - deyə sakinlərdən biri qeyd edib.

Yanğın baş verən binanın aid olduğu Mənzil-tikinti kooperativinin sədri bildirib ki, binada elektriklə bağlı heç bir problem olmayıb.

Daha ətraflı “APA TV”nin süjetində:


SON XƏBƏRLƏR