• Bakı 14° C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2428

Kartdan pul oğurlayan "bank əməkdaşı" saxlanıldı

HADİSƏ

16 Aprel 2026 | 12:45

Kartdan pul oğurlayan bank əməkdaşı saxlanıldı

Özünü bank əməkdaşı kimi təqdim edərək kartdan pul oğurlayan şəxs saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, paytaxt sakini olan bir nəfər polisə müraciət edərək bank kartından 400 manatının oğurlandığını bildirib.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 42 yaşlı İ.Tahirov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, zərərçəkənə zəng edərək özünü bank əməkdaşı kimi təqdim edib. Daha sonra kartda texniki problem olduğunu bildirərək qarşı tərəfin hesabında olan pul vəsaitini oğurlayıb.

    Araşdırmalar davam etdirilir.


    SON XƏBƏRLƏR