q
  • Bakı 21° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.9916

    RUB - 2.2989

Yaxın dostlar 4 ay fərqi ilə dünyasını dəyişdi: Ürəkdağlayan təsadüf

HADİSƏ

15 May 2026 | 11:50

Yaxın dostlar 4 ay fərqi ilə dünyasını dəyişdi: Ürəkdağlayan təsadüf

Şəki şəhər 5 nömrəli tam orta məktəbinin iki məzunu bu il vəfat edib.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, mayın 6-da Şəkidə “VAZ-2107” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 23 yaşlı sərnişin Elçin Əhmədli hadisə yerində həyatını itirib.

Adıçəkilən məktəbin digər məzunu Ruslan Mustafayev isə yanvarın 2-də evdə olarkən səhhətində yaranan problem səbəbindən 23 yaşında vəfat edib.

Elçin və Ruslanın yaxın dost olduqları deyilir.

“Elçin Ruslanın dəfn mərasimində iştirak etmişdi. Bu itki onu çox sarsıtmışdı. Hər ikisinin bir-birlərinə böyük hörməti vardı" - yaxınları bildirib.

Qeyd edək ki, dünyasını dəyişmiş hər iki şəxs orta məktəbdən 2020-ci ildə məzun olub.

Murad  İsmayıl


SON XƏBƏRLƏR

14 May 2026