• Bakı 26° C

    3.82 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Ağdamda mağazaya ildırım düşdü -  Yanğın BAŞLADI

HADİSƏ

14 Iyun 2026 | 09:22

Ağdamda mağazaya ildırım düşdü -  Yanğın BAŞLADI

Bu gün səhər saatlarında Ağdam rayonunda mağazaya düşən ildırım yanğına səbəb olub.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində baş verib.

Belə ki, ildırım kənd sakini İbadov Fikrət Soltan oğluna məxsus mağazaya düşüb və yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Alovun yaxınlıqdakı yaşayış evinə keçməsinin qarşısı alınıb.

Hazırda yanğının tam söndürülməsi üçün lazımi tədbirlər görülür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Iyun 2026