• Bakı 26° C

    3.82 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Yəmənli alpinist vulkan kraterinə düşərək həlak olub

HADİSƏ

14 Iyun 2026 | 09:56

Yəmənli alpinist vulkan kraterinə düşərək həlak olub

Təhlükəli sığortasız dırmanışları ilə tanınan yəmənli alpinist Əntər əl-Absi Dəmt vulkanının qaynar kraterinə düşərək həyatını itirib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yemen Online nəşri Yəmənin Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb.

Hadisə çoxsaylı tamaşaçıların gözü qarşısında baş verib. Bildirilir ki, insanlar alpinistin dırmanışını videoya çəkərkən o, qəfil vulkan kraterinə düşüb.

“Örümçək adam” ləqəbi ilə tanınan Əntər əl-Absi təhlükəli yüksəlişləri sığorta avadanlığı və xüsusi qoruyucu vasitələr olmadan həyata keçirməsi ilə məşhur idi. Məlumata görə, o, bu dəfə də vulkana ayaqqabısız və avadanlıqsız qalxmağa çalışıb.

Alpinistin gözdən itməsi ilə dərhal axtarış-xilasetmə əməliyyatına başlanılıb. Xilasedicilər onun cəsədini sönmüş vulkanın daxilində yerləşən isti kükürdlü sularda aşkar ediblər.

Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Iyun 2026