• Bakı 14° C

    1.83 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2428

Ordubadda qaya uçqunu oldu - FOTOLAR

HADİSƏ

16 Aprel 2026 | 09:38

Ordubadda qaya uçqunu oldu - FOTOLAR

Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunda qaya uçqunu qeydə alınıb.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, intensiv yağışlar nəticəsində Ordubadın Pəzməri kənd avtomobil yolunun 24-cü kilometrliyində qaya uçqunu olub.

Hadisə zamanı yolun hərəkət hissəsinə iri qaya parçaları aşıb, yol kənarındakı infrastruktura ziyan deyib.

Dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi cəlb olunub. Görülən tədbirlər nəticəsində yolun bir hissəsi nəqliyyat vasitələri üçün açılıb, digər hissəsinin açılması üçün işlər aparılır.

 


SON XƏBƏRLƏR

15 Aprel 2026