• Bakı C

    2.64 m/s

  • USD - 1.7

    EUR - 1.9545

    RUB - 2.0926

“TikTok”da narkotik satırdı - TUTULDU - VİDEO

HADİSƏ

18 Mart 2026 | 11:39

“TikTok”da narkotik satırdı - TUTULDU - VİDEO

Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə və satışına qarşı növbəti əməliyyat keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, keçirilən tədbirlər nəticəsində Vüsal Quliyev şübhəli şəxs qismində saxlanılıb.

Ondan 5 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.

V.Quliyev ifadəsində bildirib ki, “TikTok” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşının təklifi ilə narkokuryerliyə cəlb olunub və marixuananı paytaxt ərazisində müxtəlif ünvanlara çatdıraraq maddi qazanc əldə etməyi planlaşdırıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR

17 Mart 2026