• Bakı C

    3.96 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

Premyer Liqada ötən ayın ən yaxşı məşqçisi məlum oldu

İDMAN

16 Yanvar 2026 | 18:22

Premyer Liqada ötən ayın ən yaxşı məşqçisi məlum oldu

İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşı məşqçisi müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Ötən ayın ən yaxşısı "Aston Villa"nın çalışdırıcısı Unay Emeri olub. O, səsvermədə Mikel Arteta ("Arsenal"), Xosep Qvardiola ("Mançester Siti") və Daniel Farkeni ("Lids") qabaqlayıb.

"Aston Villa" dekabr ayında Emerinin rəhbərliyi altında 6 oyuna çıxıb, 5 qələbə qazanıb, 1 dəfə məğlub olub.

Xatırladaq ki, noyabr ayında bu mükafata dekabrda "Çelsi"dən ayrılan Enzo Mareska layiq görülmüşdü.


SON XƏBƏRLƏR