• Bakı C

    8.8 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

Azərbaycan Pakistandan sarıkök tədarükünü bərpa edib

CƏMİYYƏT

17 Yanvar 2026 | 13:16

Azərbaycan Pakistandan sarıkök tədarükünü bərpa edib

Ötən ilin ilk 10 ayında Azərbaycan 981 min ABŞ dolları dəyərində 547 ton sarıkök idxal edib.

Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,4 % çox, kəmiyyət olaraq – 5 % azdır.

Hesabat dövründə Azərbaycan Hindistandan 639 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 % az) 323 ton (-11 %), İrandan 292 min ABŞ dolları dəyərində (+20 %) 213 ton (+%), Türkiyədən 39,41 min ABŞ dolları dəyərində (+5 %) 4,23 ton (+11 %), Pakistandan 8,3 min ABŞ dolları dəyərində 1,2 ton, Birləşmiş Ərəb Əmirliklərindən 2 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 0,99 ton (+65 %) məhsul alıb.

Azərbaycan 5 il 8 aylıq fasilənin ardından Pakistandan tədarükü bərpa edib.


SON XƏBƏRLƏR

16 Yanvar 2026