• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Beş ildə 836 uşaq övladlığa verildi

CƏMİYYƏT

16 Fevral 2026 | 11:53

Beş ildə 836 uşaq övladlığa verildi

Övladlığagötürmə sahəsində dövlət siyasətinin icrası və tənzimlənməsi 2019-cu ilin noyabrından etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyi məlumat yayıb.

Bildirilir ki, ötən dövrdə nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 836 uşaq övladlığa verilib. Onlardan 422 nəfəri oğlan, 414 nəfəri qızdır. Uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətlərinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə monitorinqlər aparılır.

2020-ci ilin ortalarından fəaliyyətə başlayan agentliyin reinteqrasiya tədbirləri nəticəsində isə ötən dövrdə dövlət uşaq müəssisələrindən 467-si oğlan, 387-si qız olmaqla 854 uşaq öz ailələrinə qaytarılıb. Həmçinin 856 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb, həmin uşaqların öz ailələrində saxlanılması təmin olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026