• Bakı C

    2.64 m/s

  • USD - 1.7

    EUR - 1.9545

    RUB - 2.0926

Şəkərbura və paxlava BAHALAŞDI

CƏMİYYƏT

18 Mart 2026 | 10:50

Şəkərbura və paxlava BAHALAŞDI

Hər il Novruz bayramı ərəfəsində müştərilərlə dolu olan şirniyyat mağazalarında bu il durğunluq yaşanır. İnsanların bəzisi şirniyyatları evdə bişirməyə üstünlük versə də, əksəriyyəti almağı daha sərfəli hesab edir. 

Bəs bu il qiymətlər necədir?

Bakıvaxtı.az xəbər verir ki, satıcılar isə bu il qiymətlərin bir az yüksəldiyini təsdiqləyiblər:

"Şəkərbura 1.80-2 manat, paxlava isə 2- 2.70 manatdır. Qiymətlər şirniyyatların ölçüsündən və tərkibindən asılı olaraq dəyişir. Həmçinin, kərə yağında bişən şəkərburanın qiymətində fərq özünü göstərir. Keçən il fındıq 16 manat idisə, bu il 28-30 manata alırıq. Bahalaşmanın digər səbəbi də məhz çərəzlərin qiymətinin artması ilə bağlıdır". 

Qeyd edək ki, şəkərbura ədədlə satılsa da, paxlava adətən kilo ilə satılır. Paxlavanın bir kilosu isə 20 manatdan başlayır. Bir kiloda isə 12 ədəd paxlava olur.  /milli.az


SON XƏBƏRLƏR

17 Mart 2026