Bədii gimnastika üzrə Azərbaycan milli komandasının üzvü Fəxriyyə Əliyevanın səhhətində ciddi problem yaranıb.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, onda xərçəng xəstəliyi aşkarlanıb.
Bildirək ki, Fəxriyyə Əliyeva idman karyerası ərzində həm ölkədaxili, həm də beynəlxalq turnirlərdə müxtəlif uğurlara imza atıb.
Onun ən diqqətçəkən nəticələri arasında 2016-cı ildə Budapeştdə keçirilən beynəlxalq turnirdə ip ilə 1-ci yer və alətsiz proqramda 2-ci yer qazanması yer alır. Həmin il o, Serbiyada keçirilən turnirdə də alətsiz proqramda 2-ci yeri tutub.
2017-ci ildə İzmir və Varşavada keçirilən beynəlxalq turnirlərdə ip proqramında 2-ci yerə sahib olub. 2018-ci ildə Budapeştdə 3-cü yer (halqa), Bakıda keçirilən “Victory and Aquatic Palace Cup” turnirində isə lent proqramında 2-ci yer, çoxnövçülük və top proqramlarında 3-cü yerlər əldə edib. Eyni ildə “Gym Bala” beynəlxalq turnirində halqa proqramında 3-cü yer qazanıb.
2019-cu ildə Təl-Əvivdə keçirilən beynəlxalq turnirdə top proqramında 2-ci yer, çoxnövçülük və gürzlər üzrə isə 3-cü yerlərlə çıxış edib. 2020-ci ildə isə 27-ci Azərbaycan çempionatında (gənclər kateqoriyası) halqa proqramında 3-cü yeri tutub.
Murad İsmayıl
Bakı 





