Aparıcı Vüsalə Əlizadə dünyasını dəyişən atası Rafael Əlizadə və qardaşı Əlihüseynlə bağlı paylaşım edib.
Bakıvaxtı.az xəbər verir ki, aparıcı onların məzarını ziyarətə yollanıb.
Vüsalə qəbiristanlıqdan fotolar yayımlayaraq "Canımın yarısı torpaqdadır. Allah rəhmət eləsin. İkiniz də məni tək qoydunuz. Bu gün bayramlaşma və hesabat günüm idi" sözlərini yazıb.
Qeyd edək ki, Vüsalənin qardaşı bir neçə il əvvəl avtomobil qəzasında dünyasını dəyişib./Axşam.az
Bakı 






