"Pentaqon ABŞ prezidenti Donald Tramp İslam Respublikasına zərbə endirmək qərarına gələcəyi təqdirdə ona hərbi seçimlər təqdim etmək üçün yaxın günlərdə və həftələrdə İran yaxınlığındakı bölgədə hava, quru və dəniz qüvvələri yerləşdirməyə başlayacaq".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Fox News" Amerika hərbi mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrdən biri qeyd edib ki, əgər prezident hərbi əməliyyatlar aparmaq qərarına gələrsə, bu dəfə hər şey fərqli olacaq: "Yeni qərar hücum xarakterli olacaq". Onun sözlərinə görə, Amerika hərbi planlaşdırıcıları İran hakimiyyətinin yaxın günlərdə necə davranacağından asılı olacaq bir sıra variantlar hazırlayırlar.
Kanalın mənbələri ABŞ təyyarədaşıyan gəmisinin Yaxın Şərqə doğru hərəkət etdiyini təsdiqləyib. Bölgəyə tranzitin bir həftədən çox çəkməyəcəyi gözlənilir.
Amerika rəsmiləri "Fox News"a bildiriblər ki, hazırda ABŞ Mərkəzi Komandanlığının tabeliyində Yaxın Şərqdə təxminən 30.000 Amerika əsgəri yerləşdirilib.
Zeynəb Rzayeva
Bakı 




