• Bakı 11° C

    1.12 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

"Neftçi" Çin klubuna qalib gəldi

İDMAN

16 Yanvar 2026 | 19:44 | Müəllif: Subhan Mahmudov

"Neftçi" Çin klubuna qalib gəldi

"Neftçi” Əbu-Dabi toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununa çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, "ağ-qaralar" Çinin "Çenqdu Ronqçenq" komandası ilə üz-üzə gəlib.

Oyun "Neftçi"nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Paytaxt təmsilçisinin heyətində 9-cu dəqiqədə Andrey Ştoqrin, 29-cu dəqiqədə Bassala Sambu, 53-cü dəqiqədə isə İqor Ribeyro fərqlənib.

"Çenqdu Ronqçenq" Çin Superliqasında 30 turdan sonra 60 xalla 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, ilk sınaq matçında “Kayrat”a (Qazaxıstan) 3:0 hesabı ilə qalib gələn “Neftçi” 2-ci matçında "Piramids"lə (Misir) heç-heçə edib - 1:1.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026