Macarıstanın Baş naziri Viktor Orban Avropa Birliyinin (AB) Ukraynaya 90 milyard dollar kredit vermək qərarını tənqid edib.
Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.
"Brüssel liderləri Ukraynaya demək olar ki, heç bir şərt qoymadan maliyyə dəstəyi verməyə davam edirlər. “Lazım olan hər şeyi təmin edəcəyik”. Ukraynalılar axmaq deyillər, onlar geri çəkilməyəcəklər. Əgər onlara lazım olan hər şeyi alacaqları deyilsə, yenə istəyəcəklər. Hətta deyərdim ki, bunu tələb edəcəklər və onların tonu şokedicidir", - deyə siyasətçi bildirib.
Orban qeyd edib ki, AB artıq Kiyevə dəstək üçün 193 milyard avro xərcləyib və hər kəs bilir ki, Ukrayna bu vəsaitləri heç vaxt geri ödəyə bilməyəcək.
Bakı 




