• Bakı C

    8.9 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

Xətai sakinləri dörd gündür istiliksiz qalıb -"Azəristiliktəchizat"-dan şikayət

CƏMİYYƏT

17 Yanvar 2026 | 14:25

Xətai sakinləri dörd gündür istiliksiz qalıb -Azəristiliktəchizat-dan şikayət

Xətai rayonu, Babək prospekti, bina 8-in (19 mərtəbəli bina) sakinləri artıq dörd gündür ki, istiliklə təmin olunmur.

Bu barədə Bakıvaxtı.az-a bina sakinlərinin etdikləri şikayətdə bildirilir.

Şikayətçilərin sözlərinə görə, “Azəristilik Təchizat” ASC bir qrup abonentin borcunu əsas gətirərək bütün binanın istilik təminatını dayandırıb. Qışın sərt günlərində bu qərarın yüzlərlə sakini, o cümlədən körpələri, yaşlıları və xəstələri ciddi risk altında qoyduğu qeyd olunur:

“Borcunu vaxtında ödəyən sakinlərin də istiliksiz qalması qanunvericiliyə və istehlakçı hüquqlarına ziddir. Borclularla fərdi qaydada, hüquqi müstəvidə işləmək əvəzinə bütün binaya kollektiv cəza tətbiq edilməsi yolverilməzdir”.

Məlumata görə, sözügedən binada qaz təchizatının yoxluğu vəziyyəti daha da ağırlaşdırır. Sakinlər istiliyin dərhal bərpa olunmasını və bu praktikanın dayandırılmasını tələb edirlər.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

16 Yanvar 2026