• Bakı C

    7.4 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1942

Tələbə yoldaşlarını öldürməyə cəhd edən şəxs məhkəmə qarşısında

HADİSƏ

03 Mart 2026 | 15:26

Tələbə yoldaşlarını öldürməyə cəhd edən şəxs məhkəmə qarşısında

Xəzər Universitetində 3-cü kursda təhsil aldığı qrup yoldaşlarını öldürməyə cəhddə təqsirləndirilən Fərid Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Bakıvaxtı.az-ın Unikal-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib. 

Şahid qismində ifadə verən təqsirləndirilən şəxsin tələbə yoldaşı Rüstəm Rüstəmov onunla heç bir düşmənçilik münasibətinin olmadığını deyib:

"Fərid qrup yoldaşım Məhəmmədi bıçaqlayıb. Hadisə yerində olmamışam. Mənə bu barədə yoldaşım Kərim məlumat verib. Həm təqsirləndirilən, həm zərərçəkmişlə bir yerdə oxumuşuq. Fəriddən bu vaxta qədər onun hər hansı bir əqli və ya psixoloji cəhətdən probleminin olduğunu görməmişəm".

Şahid Kərim Nəcəfli isə bildirib ki, həm təqsirləndirilən şəxs həm də zərərçəkmiş tələbə yoldaşları ilə çox yaxşı münasibətlərinin olub:

"2022-cildən 2025-ci ilə kimi yaxın olmuşuq. Eşitdiyim odur ki, guya Fərid Əliyev Məhəmmədi anası ilə bağlı ittihamlar səsləndirdiyinə görə vurub. Fərid sakit bir adam idi, onda hər hansı bir qəribəlik hiss etməmişəm.

Daha sonra şahidlərdən Əliyeva Səma və Əliyeva Fidanın üzürlü səbəbdən prosesdə iştirak etməyəcəyi məlum olub. Və adıçəkilən şəxslərin ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilib.

Digər 3 şahidin isə məhkəməyə məcburi gəlməsi üçün qərar qəbul edilib. 

Məhkəmənin növbəti iclası martın 31-nə təyin edilib. 

Qeyd edək ki, hadisə 2025-ci ilin avqust ayında baş verib. Belə ki, Xəzər Universitetinin tələbəsi olan Fərid Əliyev Məhəmməd Vəlizadəni və digər 2 qrup yoldaşını bıçaqlayaraq öldürməyə cəhd edib. 

İddiaya görə, təqsirləndirilən şəxs bu addımı anası ilə bağlı şaiyə olub. 

Hazırda təqsirləndirilən şəxs Maştağa qəsəbəsində yerləşən 1 saylı ruhi-əsəb dispanserinə yerləşdirilib. 

Fərid Əliyevə qarşı Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə ittiham olunub.


SON XƏBƏRLƏR