• Bakı C

    5.85 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.2071

Ombudsman: Sosial müdafiədə məhdudiyyətlər aradan qaldırılmalıdır

SİYASƏT

03 Mart 2026 | 11:13

Ombudsman: Sosial müdafiədə məhdudiyyətlər aradan qaldırılmalıdır

Vətəndaşların sosial təminat hüquqlarının daha səmərəli və effektiv reallaşdırılması üçün bir sıra vacib addımlar atılmalıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Səbinə Əliyeva  Ombudsmanın 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsinin təqdimi zamanı deyib.

Ombudsman qeyd edib ki, müvafiq icra hakimiyyəti orqanının “Əmək və Məşğulluq” altsistemi üzərindən tərtib olunmuş göndərişlərin əsassız olaraq icra edilməməsi hallarının aradan qaldırılması üçün mexanizmlər hazırlanmalıdır. Həmçinin, belə hallarda şəxslərin işsizlikdən sığorta müavinəti ilə təmin edilməsi təmin edilməlidir.

Səbinə Əliyeva vurğulayıb ki, özünüməşğulluğun təşkili prosesi başa çatana qədər, yəni işsiz şəxslərə əmlak təhvil verilənədək onların məşğulluğun digər formalarından yararlanması və ya ünvanlı dövlət sosial yardımı barədə müraciət etməsi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması məqsədəuyğundur.

o həmçinin əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilməsinin pensiyaçının səhvindən qaynaqlanmadığını, bu halın müvafiq qurumun funksional nöqsanlarından irəli gəldiyini qeyd edib. O bildirib ki, artıq ödənilmiş əmək pensiyası və əlavənin tutulması zamanı qanunvericiliklə müəyyən edilmiş müddətin minimuma endirilməsi zəruridir, çünki indiki halda sonrakı tutulmalar əmək pensiyaçısının sosial vəziyyətini ağırlaşdırır.

Ombudsman əlavə edib ki, bu istiqamətdə təklif olunan islahatlar və mexanizmlər vətəndaşların sosial təminat hüquqlarının qorunmasını daha da gücləndirəcək.

Əli Hüseynov


SON XƏBƏRLƏR

02 Mart 2026