• Bakı C

    5.85 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.2071

Səbinə Əliyeva "916"-nın fəaliyyətindən DANIŞDI

SİYASƏT

03 Mart 2026 | 11:09

Səbinə Əliyeva 916-nın fəaliyyətindən DANIŞDI

2025-ci ildə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) insan hüquq və azadlıqlarının qorunması, hüquq pozuntularının qarşısının alınması və hüquq mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində çoxşaxəli fəaliyyətini davam etdirib. Bu fəaliyyət dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, media subyektləri və beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində həyata keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Səbinə Əliyeva  Ombudsmanın 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsinin təqdimi zamanı deyib.

Onun sözlərinə görə, ötən il Ombudsmanın ünvanına 42 min 685 müraciət daxil olub. 7/24 rejimində fəaliyyət göstərən “916” Çağrı Mərkəzi isə 14 min 718 zəng qəbul edib. İl ərzində Ombudsman, onun Aparatı və regional mərkəzləri tərəfindən 9 min 60 nəfər şəxs qəbul edilmişdir.

Ombudsman qeyd edib ki, müraciətlərin araşdırılması məqsədilə aidiyyəti dövlət qurumlarına, idarə və təşkilatlara sorğular göndərilib, bir çox hallarda nöqsanların aradan qaldırılması və pozulmuş hüquqların bərpası üçün tədbirlər görülüb, tövsiyə və təkliflər verilib.

Səbinə Əliyeva əlavə edib ki, Ombudsmanın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciət edən vətəndaşlara həm qəbul zamanı, həm də rəsmi məktublar vasitəsilə hüquqi məsləhətlər, insan hüquqlarının müdafiəsi yolları və aidiyyəti orqanlara müraciət üsulları barədə izahatlar təqdim olunub.

Əli Hüseynov


SON XƏBƏRLƏR

02 Mart 2026