• Bakı C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.2071

Paşinyan və Annanın ayrılmasının səbəbi - Hakimiyyət davası...

DÜNYA

03 Mart 2026 | 10:18

Paşinyan və Annanın ayrılmasının səbəbi - Hakimiyyət davası...

Son günlər Ermənistan Baş naziri Nikol Paşinyan və keçmiş həyat yoldaşı Anna Akopyanın ayrılması ilə bağlı çoxsaylı versiyalar yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Hraparak” yazıb.

Nəşr xatırladıb ki, onların münasibətləri hələ bir neçə il öncə - 2019-20-ci illərdə də ciddi şəkildə pisləşmişdi, təxminən bir il və ya daha artıq müddətdə ayrı yaşamışdılar:

“Amma bu gərginlik qarşılıqlı səylərlə aradan qaldırıla bilmişdi. Ancaq vəziyyət 2025-ci ilin ortalarında yenidən kəskinləşib. Anna Akopyanın Çində təhsil alma proqramı həmin gərginliyin nəticəsi idi, amma onun gedişi də bu evliliyi xilas etmədi. Əslində, qadının uzun müddət ərinin yanında olmaması gərgin münasibətlərə dəlalət edir. Halbuki bu müddətdə bir neçə dəfə hər şeyin normal olduğunu göstərməyə cəhd ediblər.

2025-ci ilin sonlarında isə münaqişə daha da dərinləşib. Bəzi məlumatlara görə, Paşinyan son üç ayda Anna Akopyanı Sevan gölü (Göyçə) ətrafındakı hökumətin yay iqamətgahına “sürgün” edib və ona bəzi şeyləri qadağan edib.

Ehtimal olunur ki, müəyyən mərhələdə onun təsir imkanları ərinin hakimiyyətindən daha böyük olub, idarəetmə rıçaqlarını öz əlinə almağa çalışıb, bu isə Paşinyanın xoşuna gəlməyib.

Görünür, Paşinyan həmçinin seçkiqabağı mərhələdə həyat yoldaşının aktivliyinin onun hakimiyyətdə qalmaq planlarına zərər vura biləcəyini anlayıb və onu passivləşdirməyə çalışıb. Amma incimiş xanımı bunu öz hüquqlarının pozulması kimi qiymətləndirib və ərini özünəməxsus şəkildə “cəzalandırmağa” - nüfuzuna bərpaolunmaz zərbə vurmağa qərar verib”./Teleqraf 


SON XƏBƏRLƏR

02 Mart 2026