• Bakı 12° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

ABŞ prezidentindən SƏRT ÇIXIŞ: “İranı çox böyük güclə vuracağıq”

DÜNYA

02 Aprel 2026 | 08:05 | Müəllif: Ayyət Əhməd

ABŞ prezidentindən SƏRT ÇIXIŞ: “İranı çox böyük güclə vuracağıq”

“Biz Amerikanın bütün hərbi məqsədlərinə çox tezliklə çatmaq yolundayıq. Çox qısa müddətdə, növbəti iki-üç həftə ərzində İranı həddindən artıq böyük güclə vuracağıq”.

Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, bu barədə ABŞ lideri Donald Tramp televiziya çıxışında bildirib.

O qeyd edib:

“Bu vaxt ərzində müzakirələr aparılır. Rejim dəyişikliyi bizim məqsədimiz deyildi. Biz heç vaxt rejim dəyişikliyi barədə danışmadıq, lakin, bütün liderlərinin ölümü nəticəsində rejim dəyişikliyi həqiqətən baş verib. Onların hamısı ölüb. Yeni rəhbərliyin komandası daha az radikal və daha ağlabatandır. Lakin bu müddət ərzində heç bir razılaşma əldə edilməyib. Strateji hədəflərimiz var. Razılaşma olmadığı təqdirdə, biz çox sərt addımlar atacağıq. Onların bütün elektrik stansiyalarına zərbə endirəcəyik”.

Daha sonra D.Tramp əlavə edib:

“Biz hələ onların neft qurğularına zərbə endirməmişik. Bu, onlara yaşamaq və ya yenidənqurma üçün heç bir şans verməkdi. Amma biz onlara zərbə endirə bilərdik”.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026