Ukrayna müharibəsində Başqırdıstan və Tatarıstan təsdiqlənmiş ölüm hallarının sayına görə Rusiyanın bütün bölgələri arasında birinci yerdədir .
Bakıvaxtı.az xəbər verir ki, bu barədə BBC-nin Rusiya bölməsi məlumat dərc edib.
Qeyd olunub ki, ümumilikdə, rusiyalı jurnalistlər Ukraynada ölən 216.205 rus hərbçisinin adını müəyyən edə biliblər.
Bildirilib ki, yalnız iki bölgədə - Başqırdıstan və Tatarıstanda təsdiqlənmiş itkilər Əfqanıstandakı 10 illik müharibə zamanı bütün Sovet itkilərini artıq üstələyib:
“İki həftə ərzində Başqırdıstan Ukraynada 9500 hərbçi itirib, Tatarıstanda isə ölənlərin sayı 8000 nəfərdir. Təkcə bu iki bölgədə təsdiqlənmiş itkilərin sayı 18116 nəfərdir”.
Bakı 




