Fransa İsrail Müdafiə Qüvvələrinin (İMQ) Livandakı döyüş əməliyyatlarını intensivləşdirməsi fonunda BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb.
Bakıvaxtı.az Modern.az BFMTV-yə istinadən xəbər verir ki, bu barədə respublikanın XİN rəhbəri Jan-Noel Barro bəyanat yayıb.
"Mən BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının keçirilməsini tələb etdim, - nazir bildirib. - Heç nə (İsrailin) Livandakı hərbi əməliyyatının davam etdirilməsinə və Livan ərazisinin getdikcə daha dərin işğalına haqq qazandlra bilməz".
Barro bildirib ki, İsrail Livandakı döyüş əməliyyatlarını davam etdirməklə böyük səhv edir.
Daha əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu atəşkəs rejiminin tətbiq olunmasına baxmayaraq, Livandakı quru əməliyyatının genişləndirildiyini elan etmişdi.
Bakı 




