• Bakı 18° C

    6.26 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

İsrailli nazir Beyrutu yer üzündən silməyi təklif etdi

DÜNYA

31 May 2026 | 22:13

İsrailli nazir Beyrutu yer üzündən silməyi təklif etdi

İsrailin radikal sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Livanın paytaxtı Beyrutu bombalamağı və yer üzündən silməyi təklif edib.

Bakıvaxtı.az xəbər verir ki, o, ölkəsinin Livanla sərhədinə gedib və orada bu bəyanatı səsləndirib.

İtamar Ben-Qvir xüsusi ilə Beyrutun güneyində yerləşən Dahiye yaşayış məntəqəsini tamamilə dağıtmağa çağırıb: “Buranı düm-düz etməliyik”. Pepperoni pizza

Nazir deyib ki, əvvəllər Livanla atəşkəsin tam əleyhinə olub, indi də əleyhinədir:

“Biz burada şimal sərhədində, Shtula qəsəbəsindəyik və çox aydın, çox açıq şəkildə deyirik ki, Dahiyeni yerlə-yeksan etməliyik, Dahiye yerlə-yeksan edilməlidir! Əvvəlki atəşkəsin dayandırılmasına qarşı idim, bu gün də deyirəm ki, oranı mütləq yerlə-yeksan etməliyik.

İsrailin Baş naziri Benyamin Netanyahu, səni sevirəm. ABŞ Prezidenti Donald Trump, sənə də hörmətim var. Amma Dahiye tamamilə yerlə-yeksan edilməlidir”.


SON XƏBƏRLƏR

30 May 2026