q
  • Bakı 13° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.9824

    RUB - 2.2701

Tramp İranla bağlı seçimlərini açıqlayıb: Əbədi yox etmək və ya razılaşmaq

DÜNYA

02 May 2026 | 00:51

Tramp İranla bağlı seçimlərini açıqlayıb: Əbədi yox etmək və ya razılaşmaq

ABŞ Prezidenti Donald Tramp İranı "əbədi yox etmək" və "yerlə-yeksan etmək" və ya Tehranla razılaşmaq arasında seçim etməli olduğunu söyləyib.

Bakıvaxtı.az xəbər verir ki, jurnalistlər Ağ Evdə Amerika liderindən ABŞ Silahlı Qüvvələri Komandanlığının cümə axşamı İrana qarşı hansı tədbirlər görəcəyini soruşublar.

"Müxtəlif variantlar var. Sadəcə gedib onları cəhənnəmə göndərmək, əbədi olaraq məhv etmək istəyirikmi? Yoxsa razılaşma əldə etməyə çalışmaq istəyirik? Yəni, seçimlər bunlardır", - deyə ABŞ administrasiyasının rəhbəri cavab verib.

O, İran rəhbərliyinin bölündüyü və bunun Vaşinqtonla Tehran arasında danışıqlar prosesini çətinləşdirdiyi fikrini bildirib:

"Təsəvvür edə biləcəyiniz kimi, onlar çox dağınıq bir rəhbərliyi təmsil edirlər. Çox dağınıq. Onlar yola getmirlər və bu, bizi pis vəziyyətdə qoyur. İran rəhbərliyi "iki və ya üç qrupa, bəlkə də dörd qrupa" bölünüb. Onların hamısı ABŞ ilə razılığa gəlmək istəyir, lakin ziddiyyətli tələblər irəli sürürlər. Bəziləri bir şey, digərləri isə başqa şey deyir. Bir qrup konkret bir razılaşma istəyir. Digər qrup isə, o cümlədən sərt xətt tərəfdarları fərqli bir konkret razılaşma istəyir".


SON XƏBƏRLƏR

01 May 2026