• Bakı C

    4.68 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.2071

Hörmüz boğazından keçməyə cəhd edən istənilən gəmi vurulacaq - SEPAH

DÜNYA

03 Mart 2026 | 05:56

Hörmüz boğazından keçməyə cəhd edən istənilən gəmi vurulacaq - SEPAH

“Hörmüz boğazı bağlandı”.

Bakıvaxtı.az xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Baş Komandanının müşaviri, general İbrahim Cabbari İran dövlət televiziyasında çıxışında deyib.

O, Hörmüz boğazının nəqliyyat üçün bağlandığını və keçməyə cəhd edən istənilən gəminin hədəf alınacağını bəyan edib.

Onun sözlərinə görə, bu addım ABŞ və İsrailin hücumlarına cavab olaraq atılıb.

Cabbari boğazdan keçməyə çalışan gəmilərin İnqilab Keşikçilərinin Hərbi Dəniz Qüvvələri və Quru Qoşunları tərəfindən vurulacağını vurğulayıb:

“Hörmüz boğazı bağlıdır. Keçməyə çalışan istənilən gəmiyə hücum edib onu yandıracağıq".


SON XƏBƏRLƏR

02 Mart 2026