Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov "TASS"a bildirib.
"Biz artıq görüşü bitirdik", - deyə Kremlin sözçüsü gqeyd edib.
Qeyd edək ki, görüş Moskva vaxtı ilə təxminən saat 17:30-da başlayıb.
18:47
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar aparır.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, Paşinyan Moskvada səfərdədir.
Bildirilib ki, görüşdə tərəflərin Rusiya-Ermənistan strateji tərəfdaşlığının mövcud vəziyyətini və perspektivlərini, əsas regional məsələləri, eləcə də Cənubi Qafqazda iqtisadi, nəqliyyat və logistika əlaqələrinin inkişafını müzakirə edəcəkləri gözlənilir.
















