q
  • Bakı 13° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.9824

    RUB - 2.2701

Bu şəhərdə yeniyetmələr üçün komendant saatı tətbiq olundu

DÜNYA

01 May 2026 | 18:10

Bu şəhərdə yeniyetmələr üçün komendant saatı tətbiq olundu

Ufada 1 maydan 30 sentyabra qədər 17 yaşdan kiçik uşaqlar və yeniyetmələr üçün komendant saatı tətbiq olunacaq. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə şəhər meriyasının mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, saat 23:00-dan 06:00-dək valideynlərinin və ya qanuni nümayəndələrinin müşayiəti olmadan ictimai yerlərdə olmaq qadağan olunacaq. Qadağan olunmuş yerlərin siyahısına küçələr, uşaq və idman meydançaları, çimərliklər, parklar, həyətyanı sahələr, ictimai nəqliyyat, stansiyalar və digər oxşar obyektlər daxildir.

Şəhər administrasiyası xəbərdarlıq edib ki, əgər polis yetkinlik yaşına çatmayan şəxsi gecə vaxtı böyüklər olmadan həbs edərsə, onun valideynləri inzibati məsuliyyətə cəlb olunacaq. Hesabat araşdırma üçün Yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyaya göndəriləcək.


SON XƏBƏRLƏR