ABŞ dövlət katibi və Ermənistanın xarici işlər naziri "TRIPP" layihəsinin ("Tramp marşrutu") həyata keçirilməsi üzrə saziş imzalayıb və Ağ Ev rəhbəri Cənubi Qafqazı Şərqdən Qərbə enerji daşıyıcılarının tranziti üçün mühüm marşrut kimi nəzərdən keçirir.
Bakıvaxtı.az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan seçkiqabağı kampaniya çərçivəsində çıxışı zamanı deyib.
"Bu, Ermənistanın rolunun artması deməkdir", - Paşinyan bildirib.
O əlavə edib ki, Şirak, Lori və Tavuşdan da əhəmiyyətli yollar keçir: "Bu o deməkdir ki, biz yaxın zamanlarda dəmir yolunu yalnız cənub istiqamətində deyil, həm də şimal istiqamətində açacağıq.
İki marşrutu (İcevan-Razdan və Vanadzor-Gümrü) birləşdirəcəyik və ən qısa dəmir yolu istiqamətini əldə edəcəyik. Digər tərəfdən beynəlxalq investorlar bizə Şirak, Lori və Tavuşdan keçən yeni pullu yol tikməyi təklif edirlər".
Qeyd edək ki, ABŞ dövlət katibi M. Rubio mayın 26-da Ermənistan XİN başçısı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında bildirib ki, "Tramp Marşrutu" (TRIPP) layihəsi Cənubi Qafqaz regionunda sülh və firavanlığın təmin edilməsinə yönəlib.
Mirzoyan isə Ermənistan və ABŞ arasında TRIPP ("Tramp marşrutu") layihəsi üzrə çərçivə sazişinin bir neçə həftə ərzində imzalanacağını açıqlayıb.
Bakı 




