Venesuelada iyunun 24-də baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1450-dən 1719-a çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Assambleyadan məlumat verilib. Həmçinin 5034 nəfərin yaralandığı iddia olunub. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, təxminən 50 min nəfər itkin düşüb.
Ümumilikdə 855 binaya ziyan dəyib, 189-u tamamilə dağılıb, 666-sı isə qismən dağılıb və ya ciddi, hətta ağır şəkildə təsirlənib.
Məlumata görə, dəhşətli zəlzələdən sonra 609 təkrar təkanlar qeydə alınıb, o cümlədən bazar ertəsi səhəri 4,2 bal gücündə zəlzələ baş verib.
Aydın
Bakı 



