İranın qərb bölgəsində silahlı insident qeydə alınıb. Ölkənin Kirmanşah əyalətində baş verən atışma nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH - Silahlı Qüvvələrin elitar bölməsi) iki hərbçisi həyatını itirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə SEPAH-ın rəsmi bəyanatını İranın İRIB dövlət teleradio şirkəti yayıb.
Məlumata görə, hadisə Kirmanşah əyalətinin Pavə şəhərində qeydə alınıb. Çərşənbə axşamına keçən gecə baş verən silahlı hücum nəticəsində iki hərbi qulluqçu qətlə yetirilib, daha iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İslam İnqilabı Keşikçiləri Korpusu baş verən silahlı qarşıdurmanı terror hücumu kimi qiymətləndirib.
Hazırda hadisənin təfərrüatları və silahlı hücumun hansı qruplaşma tərəfindən törədildiyi araşdırılır.
İranda atışma: İki hərbçi öldürüldü
DÜNYA
30 Iyun 2026 | 09:48

SON XƏBƏRLƏR
29 Iyun 2026
Bakı 


