• Bakı 24° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Monakoda GÜCLÜ PARTLAYIŞ: xəsarət alanlar var 

DÜNYA

30 Iyun 2026 | 02:47 | Müəllif: Qalib İbrahimoğlu

Monakoda GÜCLÜ PARTLAYIŞ: xəsarət alanlar var

Monako Knyazlığında güclü partlayış baş verib, üç nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “France-Presse” (AFP) agentliyi knyazlıq hökumətinə istinadla məlumat yayıb.

Məlumata görə, xəsarət alanlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

BFMTV telekanalının yaydığı məlumata əsasən, partlayış naməlum şəxsin Rue Reverend-Père-Louis-Follat küçəsində çanta qoymasından sonra baş verib. Hadisədən sonra şübhəli şəxs ərazidən qaçıb.

Hadisənin səbəbləri araşdırılır, hüquq-mühafizə orqanları şübhəlinin axtarışını davam etdirirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR