q
  • Bakı 13° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.9824

    RUB - 2.2701

Rusiyada helikopterin sərt enişi zamanı 10 nəfər yaralanıb

DÜNYA

01 May 2026 | 19:14

Rusiyada helikopterin sərt enişi zamanı 10 nəfər yaralanıb

Komidə (Rusiya) özəl "Mi-8T" helikopterinin sərt enişi nəticəsində 10 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildirilib.

"Mi-8 helikopterinin sərt enişi zamanı xəsarət alanların sayı artaraq 10-a çatıb", - nazirlikdən qeyd edilib.

Helikopter havaya qalxarkən yana aşıb. Göyərtədə 24 nəfər olub. Helikopter işçiləri Nen Muxtar Dairəsinə çatdırmalı idi.

Hadisə yerində Usinsk yanğın-xilasetmə qarnizonunun bölmələri işləyir. İnsidentin səbəbləri müəyyənləşdirilir.


SON XƏBƏRLƏR