• Bakı C

    5.85 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.2071

Ombudsman: Hüquqi dövlət və dayanıqlı inkişaf istiqamətində uğurlar artır

SİYASƏT

03 Mart 2026 | 11:06

Ombudsman: Hüquqi dövlət və dayanıqlı inkişaf istiqamətində uğurlar artır

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi həm rəmzi əhəmiyyət kəsb edib, həm də dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğunun yeni mərhələyə yüksəldilməsi baxımından strateji əhəmiyyət daşıyıb.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Səbinə Əliyeva  Ombudsmanın 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsinin təqdimi zamanı deyib.

Onun sözlərinə görə, ötən il həm Konstitusiyanın qəbulunun 30-cu ildönümü, həm də Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü ilə əlamətdar olub.

Səbinə Əliyeva bildirib ki, ötən il ölkəmizdə ictimai-siyasi, sosial və institusional islahatlara əsaslanan mühüm proseslər həyata keçirilib. Müasir çağırışlar, qlobal və regional reallıqlar fonunda beynəlxalq əlaqələrin genişləndirilməsi, dövlət idarəçiliyinin müasirləşdirilməsi, sosial rifahın yüksəldilməsi və dayanıqlı inkişafın təmin olunması istiqamətində kompleks tədbirlər görülüb.

Ombudsman həmçinin ölkəmizin torpaqlarının işğaldan azad olunması ilə başlayan, genişmiqyaslı bərpa layihələri ilə davam edən və dayanıqlı sülhə, tərəqqiyə xidmət edən yeni inkişaf mərhələsini yüksək qiymətləndirib. Səbinə Əliyeva bu proseslərin digər ölkələr üçün nümunə olduğunu qeyd edib.

Məruzənin əsas məqsədi qanunun aliliyinin, insan hüquqlarının qorunmasının və suverenlik dəyərlərinin təbliği və təşviqidir.

Əli Hüseynov


SON XƏBƏRLƏR

02 Mart 2026