“Astara" dövlət sərhəd buraxılış məntəqəsində təxliyə prosesi fasiləsiz olaraq davam etdirilir. Sərhədi keçən şəxslərin operativ və təhlükəsiz şəkildə ölkə ərazisinə daxil olmaları təmin edilir. Təxliyə olunan şəxslər üçün zəruri təşkilati və humanitar şərait yaradılıb.
Bakıvaxtı.az xəbər verir ki, gecə saatlarında Serbiya Respublikasının İran İslam Respublikasındakı səfiri və səfirlik əməkdaşları da Azərbaycan vasitəsilə təxliyə olunublar.
Yaranmış vəziyyəti ilə əlaqədar səfirlik nümayəndələri təxliyə üçün Azərbaycan dövlətinə müraciət ediblər. Azərbaycan tərəfi iki ölkə arasında mövcud dostluq münasibətlərini nəzərə alaraq müraciətə müsbət cavab verib. Gecə saatlarında səfir Damir Kovaçeviç, səfirlik əməkdaşları və onların ailə üzvləri "Astara" dövlət sərhəd buraxılış məntəqəsi vasitəsilə Azərbaycan ərazisinə daxil olublar.
Daha sonra onlar təhlükəsiz şəkildə ölkələrinə yola salınıblar.
Bakı 






