"ABŞ-nin Ər-Riyaddakı səfirliyinə edilən hücuma qarşı reaksiyamızı tezliklə biləcəksiniz".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “NewsNation”a verdiyi açıqlamada bildirib.
Onun sözlərinə görə, Ər-Riyaddakı ABŞ səfirliyinə edilən hücuma tezliklə cavab veriləcək.
“NewsNation” Ağ Ev üzrə müxbiri Kelli Meyer “X” platformasında yazıb:
"Mən indicə prezident Trampla danışdım. O, mənə Ər-Riyaddakı ABŞ səfirliyinə edilən hücuma və Amerika hərbçilərinin ölümünə qarşı reaksiyanın necə olacağını tezliklə biləcəyimizi söylədi".
K.Meyer əlavə edib ki, D.Tramp, həmçinin mənə quru qoşunlarının müdaxiləsinə ehtiyac olmadığını düşündüyünü də bildirdi.
Aydın Baxış
Bakı 




