• Bakı 6° C

    8.96 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Yasamalda avtomobil velosipedçini vurub - VİDEO - YENİLƏNİB

HADİSƏ

03 Mart 2026 | 11:29

Yasamalda avtomobil velosipedçini vurub - VİDEO - YENİLƏNİB

Ötən gün gecə saat 2 radələrində paytaxtın Şərifzadə küçəsində Elnur Ağayevin idarə etdiyi “BYD” markalı avtomobillə velosipedçi vurulub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Qeyd olunub ki, nəticədə 51 yaşlı velosipedçi Natiq Vahabov hadisə yerində həyatını itirib.

    "Təhlükəsizlik kameraları vasitəsilə qeydə alınan görüntüdə velosipedçinin çoxzolaqlı yolu nəzərdə tutulmayan yerdən və işıqforun qadağanedici siqnalında qarşı tərəfə keçmək istəməsi, yolayrıcına daxil olan avtomobilin isə kifayət qədər sürətli hərəkət etməsi aydın müşahidə olunur. Təbii ki, hadisəyə müvafiq araşdırmadan sonra hüquqi qiymət veriləcək. Lakin, təəssüf doğural hal odur ki, yollarımızda oxşar mənzərəyə tez-tez rast gəlmək mümkündür. Halbuki, iki və daha çox zolağı olan yolda sola dönmək və ya yolu keçmək istəyən sürücü velosipeddən düşməli və velosipedi əli ilə hərəkətə gətirərək yolu qanunla nəzərdə tutulmuş yerdən qarşı tərəfə keçməlidir".

    Baş Dövlət Yol Polisi İdarəsi velosipedçiləri, eləcə də ikitəkərli nəqliyyat vasitəsi idarə edən hər bir sürücünü təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə, özlərinin və başqalarının həyat və sağlamlığını təhlükə atmamağa çağırır.

    ***

    09:18

    Bakıda avtomobil velosipedçini vuraraq öldürüb.

    Bakıvaxtı.az xəbər verir ki, Yasamal rayonu Şərifzadə küçəsində 2000-ci il təvəllüdlü Ağayev Elnur Elşən oğlu "BYD" markalı avtomobil ilə hərəkətdə olarkən piyada keçidi üzərində velosiped idarə edən 1975-ci il təvəllüdlü Vahabov Natiq Vəli oğlunu vurub.

    Nəticədə N. Vahabov hadisə yerində ölüb.

    Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

     


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    08 Noyabr 2026