Şəmkirdə ana və oğlu yanıb.
Bakıvaxtı.az xəbər verir ku, hadisə Şəmkir rayonu, Morul kəndində qeydə alınıb.
Kənd sakinləri - 1995-ci il təvəllüdlü Anar Mahir oğlu Budaqov və anası 1976-cı il təvəllüdlü Sevda Eyyub qızı Budaqova yaşadıqları evdə yanıblar. Dərhal xəstəxanaya yerləşdirilən ana və oğula yardım göstərilib. Həkimlərin səyinə baxmayaraq ana orada ölüb.
Araşdırmalar aparılır./Lent.az
Bakı 




