İsrail-İran qarşıdurmasının və ABŞ-nin İrana qarşı əməliyyatının kəskinləşməsi fonunda martın 2-də bir sıra iri aviaşirkətlərin səhmləri ciddi ucuzlaşıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Münaqişə səbəbindən hava limanlarının bağlanması və reyslərin ləğvi nəticəsində "American Airlines", "United Airlines" və "Delta Airlines" şirkətlərinin səhmləri 6%-dən çox ucuzlaşıb. "Alaska Air Group" isə təxminən 5% itki verib. Bəzi şirkətlər artıq reysləri dayandırıb, "Delta" isə Təl-Əvivə uçuşların ləğvini martın 31-dək uzadıb.
Oxşar vəziyyət Asiyada da müşahidə olunub. "Singapore Airlines", "Japan Airlines "və "Cathay Pacific"in səhmlərinin də qiyməti enib.
"Reuters" agentliyinin məlumatına görə, Avropa fond bazarları da geriləyib: ümumavropa "STOXX Europe 600" indeksi 1,5% azalaraq fevralın ortalarından bəri ən aşağı səviyyəyə düşüb.
Bakı 




