• Bakı C

    5.85 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.2071

Müstəqil məhkəmə sistemi vacibdir - Deputat

SİYASƏT

03 Mart 2026 | 11:56

Müstəqil məhkəmə sistemi vacibdir - Deputat

Dünyanın əksər ölkələrində ombudsman institutları əsasən siyasi və hüquqi məsələlərlə məşğul olur, sosial problemlərin həlli isə daha çox məhkəmə sisteminin səlahiyyətinə daxil edilir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bildirib. 

O bildirib ki, hazırda cəmiyyətdə vətəndaşların ən çox narazılıq etdiyi mövzulardan biri məhz məhkəmələrdə ədalət tapa bilməmələridir. Deputatın sözlərinə görə, güclü və müstəqil məhkəmə sistemi olmadan sosial ədalətin təmin olunması mümkün deyil və bu məsuliyyəti heç bir ombudsman institutu təkbaşına daşıya bilməz.

Q.Həsənquliyev vurğulayıb ki, sahibkarlar və digər vətəndaşlar illərlə hüquqlarını məhkəmələrdə qorumaqda çətinlik çəkirlər. O qeyd edib ki, məhkəmələrin əsas vəzifəsi cəmiyyətdə ədalətin bərpasını təmin etməkdir və hüquqi sistemin bu funksiyasının səmərəli işləməsi üçün həm dövlət, həm də müvafiq qurumlar üzərinə ciddi məsuliyyət düşür.

Deputat həmçinin əlavə edib ki, vətəndaşların sosial problemlərinin həlli, məhkəmə qərarlarının vaxtında və düzgün icrası ilə birbaşa bağlıdır və bu sahədə mövcud çətinliklərin aradan qaldırılması üçün sistemli islahatlar labüddür.

Əli Hüseynov


SON XƏBƏRLƏR

02 Mart 2026