Ombudsman Aparatının 2025-ci il üzrə məruzəsində işğaldan azad olunmuş ərazilərdə basdırılmış minaların insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaratdığı qeyd olunub.
Bakıvaxtı.az xəbər verir ki, məruzədə dəqiq mina xəritələrinin bu günədək təqdim edilməməsi səbəbindən keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz geri dönməsinin ciddi məhdudiyyətlərlə üzləşdiyi vurğulanıb.
Bundan əlavə, Ombudsmanın hesabatında insan hüquqlarının qorunması sahəsində əldə olunan nailiyyətlər və qarşıda duran çətinliklər obyektiv şəkildə təhlil olunub. Məruzədə insan hüquq və azadlıqlarının daha effektiv təmin olunması, normativ hüquqi aktların təkmilləşdirilməsi, institusional koordinasiyanın gücləndirilməsi və dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması üçün təkliflər də irəli sürülüb.
Ombudsman hesab edir ki, insan hüquqlarının təmin olunması yalnız hüquqi öhdəlik deyil, həm də cəmiyyətin mövcudluğunun və davamlı inkişafının, sosial ədalətin və insan ləyaqətinin qorunmasının əsas şərtidir. Bu baxımdan, dövlət qurumları, elm və təhsil müəssisələri, araşdırma mərkəzləri, vətəndaş cəmiyyəti institutları, media nümayəndələri və bütün cəmiyyət insan hüquqlarının qorunması və təşviqi istiqamətində birgə səylərin gücləndirilməsinə çağırılır.
Əli Hüseynov
Bakı 




