Azərbaycan Ombudsmanı Milli Məclisdə çıxışı zamanı əmək pensiyaları ilə bağlı yeni təklif irəli sürüb.
Bakıvaxtı.az xəbər verir ki, təklifə görə, artıq ödənilmiş əmək pensiyası və pensiyaya əlavələrin geri tutulma müddəti indiki 3 il əvəzinə 1 ilə endirilməlidir.
Ombudsman vurğulayıb ki, əgər artıq ödəniş pensiyaçının şəxsi səhvi səbəbindən deyil, müvafiq qurumun işində yaranmış funksional boşluqlar nəticəsində baş veribsə və sonradan aparılan geri tutulmalar onun sosial vəziyyətinə mənfi təsir göstərirsə, geri tutulma müddəti məhdudlaşdırılmalıdır.
Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş məbləğ son 3 il üçün geri alınır. Ombudsmanın təklifi bu müddəti 1 ilə endirməyi nəzərdə tutur.
Əli Hüseynov
Bakı 




