• Bakı C

    5.85 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.2071

Seçkilərdə hüquq pozuntusu BAŞ VERMƏYİB

SİYASƏT

03 Mart 2026 | 11:11

Seçkilərdə hüquq pozuntusu BAŞ VERMƏYİB

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) aparatının və regional mərkəzlərinin əməkdaşları ölkə üzrə 38 şəhər və rayonda, o cümlədən muxtar respublikada 101 seçki dairəsi üzrə 708 seçki məntəqəsində müstəqil müşahidələr aparıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Səbinə Əliyeva  Ombudsmanın 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsinin təqdimi zamanı deyib.

O qeyd edib ki, seçki günü seçki hüquqlarının pozulması ilə bağlı Ombudsmanın ünvanına heç bir şikayət və ya müraciət daxil olmayıb.

Ombudsman həmçinin informasiya texnologiyalarının sürətlə inkişafına, xüsusən süni intellektin tətbiqinə diqqət çəkərək bildirib ki, bu sahə informasiya əldə etmək hüququnun reallaşdırılmasına əhəmiyyətli təsir göstərir. Fərdi məlumatların və qanunla əldə olunmasına məhdudiyyət qoyulan digər məlumatların qorunması üçün hüquqi tənzimləmələrin təkmilləşdirilməsi və yeni təhlükəsizlik mexanizmlərinin tətbiqi vacibdir.

Bu çərçivədə prioritet istiqamətlər olaraq normativ-hüquqi bazanın gücləndirilməsi, rəqəmsal texnologiyalardan və süni intellektdən düzgün istifadə, nəzarət tədbirlərinin artırılması, rəqəmsal savadlılıq və məlumat təhlükəsizliyi mədəniyyətinin inkişaf etdirilməsi üçün maarifləndirici proqramların həyata keçirilməsi Səbinə Əliyeva tərəfindən vurğulanıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR

02 Mart 2026